İTV-də həbslər gözlənilir – CİDDİ FAKTLAR

İTV ətrafında baş verən son olaylar bu kanalla bağlı ictimai müzakirələrə səbəb olub. Belə ki, telekanalın hakimiyyət daxilindəki qruplaşmaların nəzarətindən çıxarılması İTV-nin gələcək taleyi ilə bağlı bir sıra suallar ortaya çıxarıb. AzTv sədri Arif Alışanovun nəzarətindən çıxarılan bu kanalda ciddi maliyyə pozuntuları aşkarlanıb.

İTV-nin adının çəkilməsini istəməyən rəsmilərindən birinin saytımıza sızdırdığı bilgiyə görə, kanaldakı bəzi səlahiyyət sahiblərinin əməkdaşların adına yazılan qonararları mənimsəməsi ilə bağlı sensasion faktlar aşkarlanıb. Bəlli olub ki, bir neçə il davam edən bu prosesdə  onlarla əməkdaşın adına yazılan qonrarlar onların özünə çatmayıb və mənimsənilib.

Bundan başqa ən böyük cinayət isə, İTV-yə  məxsus Qubadakı “Ekran” istirahət mərkəzinin qanunsuz özəlləşdirilməsində baş verib. Belə ki, AzTV rəhbərliyi əməkdaşların istirahəti üçün nəzərdə tutulan bu mərkəzi özəlləşdirərək, biznes strukturuna çevirib.

Mənbəmizin bildirdiyinə görə, İTV-də baş direktor vəzifəsini icra edən Balaş Qasımov hazırda həmin mərkəzin qaytarılması və mənimsənilən qonrararların ödənilməsi üçün çalışır. O, bunlar baş verməyəcəyi təqdirdə prosesdə iştirak edən şəxslərin həbsi üçün Baş prokurorluğa müraciət ediləcəyini deyib.MediaZona.az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır