Türkiyənin erməni əsilli deputatı cinayət məsulyyətinə cəlb edidi

TBMM-in Xalqların Demokrat Partiyasından (HDP) olan erməni əsilli deputatı Karo Paylana qarşı Cinayət Məcəlləsinin 301-ci maddəsi (türk dövləti və millətini təhqir) ilə iş qaldırılıb.

Ankara Baş Prokurorluğunun Parlamentar Cinayətləri Araşdırma Bürosu buna səbəb kimi deputatın qondarma erməni soyqırımı ilə bağlı ifadələrini göstərib. Paylanın “Türkiyə Cümhuriyyəti, Türkiyə hökumətini alçaltma və prezidentinə təhqir” ittihamları ilə millət vəkili toxunulmazlığının ləğv edilməsi üçün TBMM-ə müraciət edilib.

Cinayət işi Paylanın Kanadada yayımlanan “Horizon Vikli” adlı qəzetə verdiyi müsahibədə “Türkiyədə soyqırım edilib və hələ də bu soyqırım davam edilir” ifadələrinə görə prokurorluğa şikayət edən Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Attarın ərizəsi əsasında başladılıb.

Attarın ərizəsində erməni deputatın türk xalqına qarşı düşmən mövqeyini ifadə edən digər bir çıxışına da yer verilib:

“Bir zamanlar yüzə qırx idik. Bu gün mində birik. Hər halda başımıza bir iş gəldi, mən bunun adına soyqırım deyirəm. Erməni xalqı başına nə gəldiyini çox yaxşı bilir. Bir zamanlar atamın, babamın başına nə gəldiyini çox yaxşı bilirəm. Adını siz qoyun o zaman. Biz yox kimiyik, mində birə düşmüşük”.

Xatırladaq ki, professorun şikayəti əsasında hələ ötən ilin dekabrında araşdırma başladılsa da, Ankara Prokurorluğu 301-ci maddə əsasında iş qaldırılması üçün icazənin Ədliyyə Nazirliyinin sərəncamında olmasına görə nazirlikdən icazə istəmişdi.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır