“Xalqınızın Əliyevə olan sevgisinin şahidi oldum” – Yaponiyalı müğənni

“Bakıya səfərim zamanı Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə böyük sevgisinin və hörmətinin şəxsən şahidi oldum”.

Bu sözləri AzərTac-ın Yaponiyadakı müxbirinə müsahibəsində tanınmış yapon müğənnisi Kyoko Yamamoto deyib.

Azərbaycana son səfərinin onda böyük təəssürat doğurduğunu qeyd edən K.Yamamoto bildirib ki, məqsəd mərhum lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bayram tədbirlərində iştirak etmək idi.

Xanım K.Yamamoto bildirib ki, Azərbaycanı çox sevdiyi üçün budəfəki dəvəti də həm böyük sevinc, həm də qürur hissi ilə qarşılayıb: “Heydər Əliyev Beynəlxalq Aeroportunda çox böyük hörmətlə qarşılandım. Dəfələrlə Bakıda olmağıma baxmayaraq, Xətai rayonundakı Heydər Əliyev parkında yerləşən “Yapon bağı”nı ilk dəfə gördüm. Xətai rayonunun Yaponiyanın şəhərləri ilə regional əməkdaşlığa can atması xəbəri də məni çox sevindirdi. Bütün bunlar Azərbaycan ilə Yaponiya arasında sıx dostluq əlaqələrinin qurulduğunu birbaşa təsdiq edir”.

Mayın 9-da təşkil olunan konsertdə çıxışı barədə məlumat verən K.Yamamoto bildirib ki, burada iki yapon mahnısını və “Sarı gəlin”i Azərbaycan dilində ifa edib. Konsertdən öncə təşkil olunan şam yeməyində Azərbaycan dilində öyrəndiyi “Yaşa Azərbaycan!” ifadəsini isə digər həmkarlarına da öyrədib.

Bayram şənliyi və konsert haqqında təəssüratlarını bölüşən K.Yamamoto bildirib ki, ilk dəfə xalqın öz liderinə belə sonsuz məhəbbətinin və hörmətinin şahidi olub: “Konsertdə çıxışa Azərbaycan dilində “Sizi görməyimə çox şadam” sözləri ilə başladım. Bu, bizi izləyən kütlə tərəfindən maraqla qarşılandı, amma sonra dediyim “Sizi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə təbrik edirəm” sözlərim böyük alqışa səbəb oldu. Budəfəki ziyarətim zamanı xalqınızın Heydər Əliyevə olan böyük sevgisinin və hörmətinin şəxsən şahidi oldum. Bu böyük şəxsiyyətin yubileyini bütün xalq təmtəraqla qeyd edirdi. Bu məqsədlə təşkil olunan konsertdə oxumaq mənim üçün böyük şərəf idi”.





  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır