Misir səfiri: “Misir dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyir”

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab İbrahim Adil Olaylar.az -a açıqlamasında  bildirib ki, ölkəsi Fələstinin mülki əhlisinin İsrailin işğalçı qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir, öz qanuni və ədalətli haqlarının müdafiəsini tələb edən nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə rədd edir. Misir höküməti işğal edilmiş Fələstin torpaqlarında bu cür təhlükəli qarşıdurmanın mənfi nəticələri barədə xəbərdarlıq edərək Fələstin xalqının başda paytaxtı şərqi Qüds olmaqla öz müstəqil dövlətini yaratmaq kimi qanuni haqlarını tam dəstəklədiyini bildirir.

Misir səfiri həmçinin bildirir ki, Misirin Səhiyyə nazirliyi Qəzza bölgəsi üçün nəzərdə tutulan bir sıra tədbirlər görməkdədir, bunlara humanitar yardım, qida məhsulları və tibbi vəsait, bölgədə yerləşən xəstəxanaların təcili şəkildə dərmanlarla və tibbi ləvazimatla təchizi daxildir. Əlavə olaraq, Rəfah sərhəd keçid məntəqəsində təqribən 90 təcili yardım maşını və yüngül xəsarət almış yaralıların daşınması üçün 5 avtobusla təmin edilmiş böyük bir tibbi heyətin yerləşdirilməsinə da başlanmışdır.

Həmçinin Xarici İşlər naziri Samih Şükri Qüds problemi və regionda baş verən son hadisələrlə bağlı İstanbulda keçiriləcək növbədənkənar zirvə toplantısına qatılan Misir nümayəndə heyətinə rəhbərlərlik edəcəkdir.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir