Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan İanku və missiya rəhbərinin müavini Kristian Koroma arasında görüş baş tutub.Bu barədə qurumdan verilən məlumatda deyilir.

Dövlət Komitəsinin sədri görüşdən məmnunluğunu ifadə edib. Fuad Muradov Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə danışıb, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, həmçinin DİDK ilə Rumıniyanın eyni dövlət oqranı arasında əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin inkişafını daim yüksək qiymətləndirib.

Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarıı işğal etməsinə dünya ictimaiyyətinin biganəliyi və münaqişənin həlli istiqamətində ikili yanaşmanın hələ də davam etməsi barədə məlumat verilib.

Səfir Azərbaycanla Rumıniya arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdirilməsindən razılığının ifadə edib. Səfir həmçinin Azərbaycanda rumın, Rumıniyada isə Azərbaycan icmasının sayının az olmasına baxmayaraq diaspor sahəsində əməkdaşlığın gücləndirilməsinin gələcəkdə ölkələr arasında münasibətlərə mühüm töhvə verə biləcəyini qeyd edib. Səfir Xaricdə yaşayan Rumınlarla iş üzrə Nazirlik ilə DİDK arasında əməkdaşlığın daha da möhkəmlənməsiı, təcrübə mübadiləsinin aparılmasının vacibliyi məsələsinə toxunub. O həmçinin , Xaricdə yaşayan Rumınlarla iş üzrə Nazirlik ilə xaricdəki rumın icması arasındakı əlaqələrin qurulması və onlarla işin aparılması, birgə əməkdaşlığın həyata keçirilməsi barədə də danışılıb.

Bununla yanaşı görüşdə iki ölkə arasında enerji sahəsində həyata keçirilmiş layihələr, Azərbaycanın Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərində iştirakı da diqqətdə saxlanıllıb.MediaZona.az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır