Cəmil Quliyevin səlahiyyətlərinə xitam verildi, ITV-də yeni baş direktor

Xəbər verdiyimiz kimi, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Bəzi saytlarda şuranın iclasında Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçilməsi xəbərləri yer alıb.

Bu arada Aktor.Az -a açıqlama verən Ələsgər Məmmədli müəyyən məsələlərə toxunub.”İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun hazırlanmasında biləvasitə iştirak etmiş hüquqşünas yeni baş direktorun seçilməsi prosesini təəccüblə qarşılayıb.Onun sözlərinə görə, qanunun 20.1.3 və 21.1 maddələrində baş direktorun seçilməsi qaydaları nəzərdə tutulub:

“Yəni, baş direktor bu sahədə təcrübəsi olan 4-5 namizəd arasından seçilməli idi. Təsadüfi deyil ki, bu vaxta qədər baş direktorların seçilməsi qanuna uyğun aparılıb.İndi də müsabiqə elan olunmalı, namizədlər səndlərini verməli və onların sırasından şanslı şəxs baş direktor seçilməliydi”.

Bir neçə dəqiqə bundan öncə Aktor.Az-a açıqlama verən İTV-nin Yayım Şurasının sədri Muxtar İmanov məsələyə dəqiqliyi ilə aydınlıq gətirib.Onun sözlərinə görə, Balakişi Qasımov baş direktor deyil, televiziyada səlahiyyətli müavin təyin olunub:

“Bəzi saytlarda İTV-nin yeni baş direktorunun seçilməsi ilə bağlı xəbərlər yayılıb.Burada tələskənliyə yol verilib.Xatırladım ki, hələ may ayının 1-də Cəmil Quliyev baş direktorluqdan getmək istəyi ilə bağlı Yayım Şurasına ərizə ilə müracət etmişdi.Şuranın bu gün keçirilən iclasında onun müraciətinə baxıldı və onun istəyinə müsbət baxıldı. İclasda həmçinin Balakişi Qasımovun televiziyanın səlahiyyətli müavini seçilməsi barədə qərar qəbul olundu. Qaydalar üzrə televiziyanın yeni baş direktorunun seçilməsi ilə bağlı növbəti həftənin ilk günündən sənəd qəbuluna başlanacaq”.

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir