Kremlin Paşinyana barmaq silkələməsi öz işini gördü

Rusiya amili onu geri çəkilməyə vadar edib

“Ermənistan-Rusiya münasibətləri daha da inkişaf edəcək və dərinləşəcək”. Bu sözləri Ermənistanda günlərdir davam edən etiraz aksiyalarının lideri Nikol Paşinyan deyib. Məsələ ondadır ki, Paşinyan belə qərarı Rusiya Dumasının nümayəndələri ilə görüşündən sonra verib və bu qərar ona dəstək göstərən bir sıra anti-Rusiya meyilli siyasi-ictimai dairələrinin etirazlarına səbəb olub. Düzdür, erməni müxalifətinin lideri sonradan öz sözlərini korrektə edərək, Ermənistanın başqa ölkələrlə – ABŞ, AB ölkələri və Çinlə münasibətlərini inkişaf etdiriləcəyini deməsi də, onun Rusiya ilə bağlı verdiyi qərar da bu narazılığı aradan qaldırmayıb.

Onu da qeyd edək ki, Paşinyanın başçılıq etdiyi “Yelk” fraksiyasi istisna olmaqla, Ermənistan Parlamentinin bütün fraksiyaları baş nazir vəzifəsinə namizəd göstərməkdən imtina etdikdən sonra o, bu vəzifəyə tək namizəd olub. Ancaq bunun üçün ona 105 səsdən 53-ü lazımdır. Buna görə yalnız “Yelk” fraksiyası, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyaları deyil, həmçinin Ermənistanın hakim Respublikaçı Partiyasının bəzi üzvləri də ona səs verməlidirlər. Ermənistan palamentində hakim Respublikaçılar Partiyasının 58, “Çarukyan” blokunun 31, Paşinyanın başçılıq etdiyi fraksiyanın 9, “Daşnaksütyun”un 7 mandatı var.

Paşinyan mitinqlərin birində Rusiyanın Ermənistanla əxlaqsız qadın kimi davrandığını deyərək, bütün bunlara son qoyulacağını bildirmişdi

Digər tərəfdən, daha bir məqam budur ki, N.Paşinyan etiraz dalğasının başladığı vaxtdan son bir neçə günədək məhz Rusiyaya qarşı sərt ifadələr işlədir, hətta Kremlə qarşı ən sərt addımlara gediləcəyini bildirirdi. O, xüsusilə Serj Sarkisyanı Ermənistanın maraqlarını Rusiyaya satdığını deyərək, baş nazir olacağı təqdirdə münasibətlərə yenidən baxılacağı vədini vermişdi. Paşinyan mitinqlərin birində Rusiyanın Ermənistanla əxlaqsız qadın kimi davrandığını deyərək, bütün bunlara son qoyulacağını bildirmişdi. Aşırı millətçi təşkilat rəhbərləri isə məhz bu vədlərə görə Paşinyana dəstək verdiklərini bəyan edərək, Ermənistanın düşdüyü vəziyyətdən xilasının Qərbdə olduğunu deyirdilər. Bu baxımdan, erməni etiraz dalğasının liderinin bugünlərdə Rusiya ilə münasibətləri inkişaf etdirəcəyi ətrafındakı sözləri vəziyyəti gərginləşdirib.

Patruşevin gizli səfəri və nəticələr…

Yeri gəlmişən, erməni mediası aprelin 25-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin gözlənilmədən, həm də məxfi şəkildə İrəvana getməsi barədə məlumat yaymışdılar. Mətbuatın iddiasına görə, Patruşevin təyyarəsi Soçidən birbaşa İrəvan hava limanına gedib və qısa müddət sonra Ermənistanı tərk edibmiş. Lakin sonradan bu iddianın həqiqəti əks etdirmədiyi deyilsə də, Paşinyanın növbəti dəfə Rusiya Dimasının deputatları ilə görüşü artıq həmin iddianın gerçək olduğunu göstərir.

Beləliklə, Rusiyanın vassalı rolunu oynayan Ermənistan hakimiyyəti öz rıçaqlarını itirməli olsa belə, yeni hakimiyyətin də vassal olaraq qalacağını bəri başdan proqnozlaşdırmaq mümkündür. Yəni qaniçən Serj Sarkisyan komandası gedəcəksə, onun yerinə daha aqressiv və xalqa qan udduracaq iqtidarın gələcəyi ehtimalı günü-gündən artmaqdadır. Hər halda, bunu baş verən son proseslər də göstərir.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir