ABŞ-ın ən məşhur tarixi məkanlarında Azərbaycan milli rəqsləri və üçrəngli bayrağımız UCALDI

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Səfirlikdən MediaZona.az-a bildirilib ki, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirləri çərçivəsində ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirmişdilər. Amerikanın banilərinin şərəfinə qoyulan abidələr bu dəfə Azərbaycan Demokratik Respublikasına həsr olunmuş musiqi milli bayramın tərkibi hissəsi olmuşdurlar. Qeyd edək ki, müxtəlif millətlərin nümayəndələrindən ibarət olan olan My Way rəqs qrupu ABŞ və dünyanın digər ölkələrində tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycan və ümumi Qafqaz mədəniyyətini və musiqisini tanıdır.

Bu ilin aprel ayında Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb. A. Bədəlova rəqslərin milli mədəniyyətin tərkib hissəsi olaraq xarici ölkələrdə nümayiş etdirilməsi və Azərbaycan Demokratik Republikasının 100 illik yubileyində Azərbaycanın qədim mədəniyyətinin tanınması xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Çoxmillətli rəqs qrupunun Azərbaycanın zəngin və inkluziv mədəniyyətini Azərbaycan Demokratik Republikasının 100 illiyində təqdim etməsi bir daha Azərbaycanın açıq tolerant cəmiyyət olduğunu nümayiş etdirdi.

İlk olaraq rəqslərin nümayişi məşhur Tomas Ceferson Memorialda başlamış, sonra Vaşinqton abidəsi və Linkoln Memorialda davam etdirildi. Son olaraq Ağ Evin qarşısında çıxış edən uşaqlardan ibarət rəqs qrupu “Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər. “Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar.

Qeyd edək ki, bu təcrübə Vaşinqtonda bir ilkə imza atdı. Vaşinqtonun mərkəzində Azərbaycanın rəqsləri sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir