Fəlsəfə İnstitutunun direktoru: “Həbs edilən Xaliq Əhmədzadə…”

Bir neçə gün əvvəl AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbs edilib. Zaman-zaman mətbuatda fəlsəfə institutunun direktoru İlham Məmmədzadə  və Xaliq Əhmədzadə arasındakı qalmqallarla bağlı yazılar dərc edilirdi.

Qeyd edilirdi ki, institutda iki hakimiyyətlilikdir, idarəçilik tamamilə iflic vəziyyətindədir, kadrlar düzgün yerləşdirilmir, xəfiyyə sistemi yaradılıb və buna hüquqşünas Xaliq Əhmədzadə rəhbərlik edir.

Məsələ ilə bağlı AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin mövqeyini öyrənib. O bildirib ki, Xaliq Əhmədzadə institutda heç zaman şöbə müdiri olmayıb:

“Əvvəlcə qeyd etməliyəm ki, Xaliq Əhmədzadə yanvar ayından etibarən bizim institutda işləmir. Həmin vaxt Fəlsəfə və Hüquq İnstitunun yerinə iki institut formalaşdırmağı düşünürdük. Biri fəlsəfə, digəri hüquq ilə məşğul olacaqdı. Xaliq Əhmədzadə hüquqşünas olduğu üçün ona təklif edildi ki, institutlar arasında seçim etsin. O, təklifi rədd etdi və faktiki olaraq işdən azad olundu. Eyni zamanda, Xaliq Əhmədzadə heç zaman şöbə müdiri olmayıb”.

İ.Məmmədzadə qeyd edib ki, Xaliq Əhmədzadənin həbs qərarını gözləmirdi:

“Bilirsiniz, Xaliq Əhmədzadə ilə mətbuatda yayımlanan qalmaqalda uydurmalar daha çox idi, nəinki reallığı əks etdirən xəbərlər. Əvvəllər Xaliq Əhmədzadə çox fəal idi, elmi işlə məşğul olurdu. Amma doktorluq işinə hələ hazır deyildi. Xasiyyətcə zəif tərəfləri mövcud idi. Özündən tez çıxırdı. Bəlkə də tolerantlığı, dözümlülüyü  az idi. İnsanlarla o qədər də yaxşı rəftar etmirdi. Həbs səbəbi ilə bağlı dəqiq məlumatım yoxdur. Çünki bu şəxs 8 aydır institutda işləmir. Düzdür, əvvəllər instituta gəlib işini bərpa etmək istəyirdi. Bunlara baxmayaraq Xaliq Əhmədzadənin həbs qərarını gözləmirdim”.

Qeyd edək ki, AMEA-nın keçmiş əməkdaşı Xaliq Əhmədzadə dələduzluqda ittiham olunur və onun barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Modern.az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır