“Qoyun və keçi pendiri yeyən insanlar…” AÇIQLAMA

Daxili xəstəliklər üzrə mütəxəssis, kardioloq və məşhur professor Canan Karatayın sözlərinə görə, təzyiqi yüksəldən duz yox, şəkərdir. Professor iştirak etdiyi seminarda dəniz duzunun faydalarından danışıb. “Həqiqi tibbin 10 şifrəsi” adlı kitabın müəllifi bildirib ki, dəniz duzu sağlamlıq mənbəyidir: “Əsrlərdən bəri istifadə edilən dəniz duzu faydalıdır, süfrə duzu isə təhlükəlidir”.

Canan Karatay daha sonra osteoparoz xəstəliyinin müalicəsində pendirin təsirlərindən danışıb: “Osteoparoz xəstəliyi olan xanımlara illərlə hormonlar, dərmanlar verilib. Qoyun pendiri hər birinin yerinə keçər. Sümük əriməsinin qarşısını almaq üçün hər kəsə bol-bol qoyun pendiri yeməyi məsləhət görürəm. Qoyun və ya keçi pendiri dəniz duzu ilə hazırlanır və mayalanması təbii olur. İstədiyiniz qədər pendir yeyə bilərsiniz, mən isə ovuc içi qədər deyirəm. Kibrit qutusu qədər demirəm, çünki bu sözlə Türk insanını faydalı qidadan məhrum edirlər. Yağlı olması vacibdir. Bu o deməkdir ki, pendir qoyun və keçi südündən hazırlanıb. Onların yağı zərərsizdir. İşlənməmiş yağlara Omeqa-3, Omeqa-6, Omeqa-9 olmaqla, 30-dan çox yağ növü daxildir. Odur ki, bu pendir ən sağlam protein, yağ və kalsium mənbəyidir”.

Professor Karatay pendir yeyən ölkədə sümük əriməsi xəstəliklərinin olmadığını vurğulayaraq bunları əlavə edib: “Qoyun pendiri sümük əriməsi, diz və oynaq ağrılarının qarşısını alır. Eyni zamanda immunitet sistemini, həzmi gücləndirir. Əgər mədə pozğunluğu varsa, dərman əvəzinə, iki dilim qoyun pendiri yeyin və şişkinlik dərhal keçər”.
  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır