ABŞ Suriyaya hərbi müdaxiləni istisna etmir

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.

Bunu bu gün Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib.

T. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.

Bu gün ABŞ prezidenti Donald Tramp da bəyanat verib, Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın “heyvan” Bəşər Əsədə dəstək verdiyini vurğulayan D. Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, B. Əsəd bunun üçün cavab verəcək: “Təcili olaraq Duma şəhəri tibbi və humanitar yardım üçün açılmalıdır”.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq olunması və 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib. Bu gün Rusiya Xarici İşlər Nazirliyi isə dumanlı və saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməz olduğunu və ağır nəticələrə gətirib çıxara biləcəyini bəyan edib.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır