Fransalı astronavt Tom Peske orbitə uçuşu zamanı Yer kürəsinin gecə görünüşünü çəkmək istəsə də, orbit ətrafında olan xüsusi “qoruyucu təbəqə” onun diqqətini yayındırıb.
Tom Peske çəkilən görüntüləri özünün tviter hesabında paylaşıb. Görüntülərdə görülən qəribə, qoruyucu “qat” qeyri-adi optik effektə malikdir. Çəkilən videoda ulduzların sanki planetin səthinə doğru enişi əks olunur. Adətən atmosfer mavi rəngdə təsvir olunsa da, görüntülərdə planetin səthindən aşağı istiqamətdə üzən alov şəhərlərini xatırladan obyektlər nəzərə çarpır.







