Fəzail Ağamalı: “Rusiya özünə hörmət edən dövlətdirsə, Abbas Abbasovu Bakıya təhvil verməlidir”

Rusiyada yaşayan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Avropadakı “söyüş müxalifəti”nə dəstək verdiyi barədə səslənən iddialar gündəmdən düşmür. Günlərdir ətrafında gedən bu söz-söhbətlərin qarşısında sabiq vitse-primyer susqunluq nümayiş etdirir.

2013-cü il prezident seçkisi ərəfəsi “Milyarderlər ittifaqı” yaradaraq rəsmi Bakı əleyhinə fəaliyyət göstərən A.Abbasovla bağlı yeni üzə çıxmış iddialar ölkə iqtidarının səbir kasasını doldura bilər. Sabiq dövlət müşaviri Qabil Hüseynli baş nazirin keçmiş müavininin həbs edilərək Azərbaycana gətirilməsinin mümkünlüyündən danışıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı A.Abbasov barəsində bu iddiaları ortaya atan jurnalistin kifayət qədər peşəkar olduğunu söylədi: “Bu məlumatları mətbuatdan oxudum. Məsələni ictimailəşdirən və cəmiyyətə təqdim edən Müşfiq Ələsgərli tanıdığım ciddi jurnalistlərdən biridir. Yazdığı yazılar və dediyi sözlər daim real faktlara söykənib. Bu baxımdan onun yazdığında göstərilən faktlara inanmaya bilmirəm. Yadınıza gəlirsə, 2013-cü ilin prezident seçkiləri ərəfəsində də Abbas Abbasov hoqqabazlıq edərək, “Milyarderlər ittifaqı” deyilən bir qurum yaratdı, müəyyən insanları ora cəlb etdi. Rüstəm İbrahimbəyovu də tovlayaraq, bu prosesə cəlb etmişdi. Amma Abbas Abbasov fiaskoya uğradı. Bu başqa cür də ola bilməzdi. Çünki Azərbaycanda prezident seçkisinin taleyini həll edən Azərbaycan xalqı və onun iradəsidir. Kənardan bu və ya buna bənzər təsirlər olsa da, bunların önündə xalqımızın iradəsi dayanır. Düşünürdüm ki, Abbas Abbasov özü üçün nəticə çıxarar, gedib başqa işlərlə məşğul olar, Azərbaycanla bağlı çirkin əməllərindən geri çəkilər. Amma görünən odur ki, Abbas Abbasov nəticə çıxarmayıb. Mənə elə gəlir ki, Azərbaycan dövləti o, vəzifədən uzaqlaşdırıldığı vaxt konkret addımlarını atmalı idi. Onun əməllərinə hüquqi qiymət verilməli idi ki, ikinci belə bir biabırçı hadisə baş verməyəydi. Abbas Abbasov bu əməllərlə məşğul olursa, onun haqqında deyilənlər öz təsdiqini taparsa, o, hökmən Azərbaycana gətirilməli, onun haqqında ölkənin qanunları çərçivəsində tədbirlər həyata keçirilməlidir. Onun tərəfdarıyam ki, Azərbaycan dövlətinə, onun zəifləməsinə, ölkədə qarşıdurmanın yaranmasına, sabitliyin pozulmasına kim xidmət edirsə, ona qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Onlara hər hansı bir güzəşt ola bilməz”.

F.Ağamalı sabiq məmurun barəsindəki iddialarla bağlı susqunluğuna da toxundu: “Yadınıza gəlirsə, bundan öncə bu və ya buna bənzər digər ittihamlar Abbas Abbasovun ünvanına səsləndiriləndə o, bunları təkzib edir, özünün dövlətə sədaqətini ifadə edirdi. Lakin altdan-altdan öz işlərini də görürdü. Hər halda, indi onun reaksiya verib-verməməsindən asılı olmayaraq, onunla bağlı faktlar dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Hüquqi müstəvidə bu məsələlər çözülməlidir. Onun etdiyi hər bir əməlin cavabı verilməlidir. Tamamilə əminəm ki, Vidadilərin, Orduxanların  və onlar kimi tərbiyəsiz insanların arxasında kimlərsə dayanıbdır. Onlar maliyyələşdirilir, ayrı-ayrı faktlarla “silahlandırılır”. Bu böyük bir şəbəkədir, bu şəbəkənin dibinə qədər gedib, onu son nöqtəsinə qədər üzə çıxarıb, sərt mövqe ortaya qoyulmalıdır. Bu cür yaramazların qarşısı alınmasa, düşünürəm ki, bizə heç bir hörmət gətirməyəcək. Azərbaycan prezidenti və onun ailəsi ölkənin konstitusiyası və qanunları ilə birmənalı şəkildə müdafiə olunur, onlara qarşı təhqirlər, təhdidlər Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır. Bununla bağlı bizlər Cinayət Məcəlləsinə dəyişikliklər də etmişik. Bu hüquqlardan tam şəkildə istifadə edilməlidir. Söyüş söyənlər və onların arxasında duranların hamısı qanunlar qarşısında cavab verməlidirlər”.

Deputat A.Abbasovun ölkəyə gətirilməsinin tam mümkün olmasından da söz açdı: “Abbas Abbasov Azərbaycan qanunlarını pozursa, bu cür təxribatlarla məşğul olursa, Rusiya da özünə hörmət edən hüquqi dövlətdirsə, onu  Azərbaycana təhvil verməlidir. Bunun başqa bir alternativini görmürəm. Bugünkü Rusiya üçün Abbas Abbasov o qədər də ciddi  fiqur deyil. Onun Azərbaycana gətirilməsində hər hansı bir problem görmürəm”.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir