İfasıyla İranı çalxalayan müğənniyə qarşı TƏZYİQLƏR – VİDEO

Təbrizdə yaşayan müğənni Əli Pormehrin 2016-ci ildə İranın Germi şəhərində ifa etdiyi mahnı yenidən səs-küyə səbəb olub. Əslən azərbaycanlı olan Əli Pormehri Gərmidə baş tutan konsertində ifa etdiyi mahnılarla Güneydə yaşayan soydaşlarımız tərəfindən sevilir.

Müğənninin Cənubi və Şimali Azərbaycandan bəhs edən “Salam yetir” mahnısı soydaşlarımız arasında dillər əzbərinə çevrilib. Türk dilində mahnılar oxuyan müğənni buna görə  müəyyən qədər basqılarla qarşılanıb. O, türk dilində oxuduğu mahnılara görə, Güneydəki azərbaycanlıların sevgisini qazansa da, onun mahnıları farslar arasında böyük nifrətə sahib olub. Eyni zamanda, İran hakimiyyəti ona qarşı təzyiqləri artırmağa başlayıb. Belə ki, İran televiziyalarına çağırılan Pormehrə fars dilində mahnılar oxuması tələbi qoyulub. Bununla razılaşmayan müğənninin efirlərə çıxmasına qadağa qoyulub..Qeyd edək ki, Əli Pormehr Muğan vilayətinin Gərmi şəhərində anadan olub. Təbriz, Urmiya, Türkçülüklə bağlı oxuduğu mahnılarla tanınır. Azərbaycan dilində mahnılar ifa edən müğənni İranda yaşayan türklər tərəfindən xeyli sevilir. O, türk dilində mahnılar ifa edən yeganə pop müğənnisidir. O, 2015-ci ildə İranda keçirilən musiqi yarışmasında qalib olsa da, onun qalibiyyəti İran hakimiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də, yarışmadakı nailiyyəti ilə əlaqədar müğənniyə vəd verilən mükafatlar geri götürülüb.

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır