Azərbaycanlı idmançıları oteldən QOVDULAR

Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri “Sirene Belek” otelindən qovulublar. Bu barədə  sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var.

Qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, kikboksçu Orxan Məlikov, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqat Atakişiyev və güləşçi Turxan Qurbanov da olub. Ümumilikdə, 15 nəfərdən ibarət olan qrupa Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçilərindən birinin oğlunun rəhbərlik etdiyi deyilir.

Həmin şəxslərin oteldən qovulmasına gəlincə, buna onların otel ərazisində özlərini ədəbsiz aparmaları səbəb olub. Bu ədəbsizliyə hovuz kənarında dincələn turistləri suya tullamaq, “Sirene”nın barında qadınlara sataşmaq və s. kimi davranışlar daxildir. Ailəvi istirahət məkanı olan “Sirene Belek”-də idmançılarımızın özlərini son dərəcədə “sərbəst” aparmaları otel sakinlərindən tutmuş heyətə kimi hamının canını boğazına yığıb. İki gündə çoxsaylı şikayətə səbəb olduqlarından rəhbərlik azərbaycanlıların istirahətini yarımçıq kəsərək, qrupu qapının ağzında esenyurt escort qoyub.

Məlumatı saytımıza Antaliyanın Belek bölgəsində yerləşən “Sirene Belek” otelindən də təsdiqləyiblər:
“Bəli, belə bir hadisə baş verib. Buna görə də çox məyusuq. Nəticədə məcbur qalıb, həmin şəxsləri oteldən uzaqlaşdırdıq. Buna səbəb isə qeyd etdiyiniz qonaqların uyğunsuz hərəkətləridir. Xüsusən də hovuz başında, ailələrin olduğu yerlərdə içkili halda turistlərə sataşıblar”, deyə otel nümayəndəsi bildirib.

Maraq üçün qeyd edək ki, ədəbsiz davranışları ilə diqqət çəkən şəxslər arasında olan Sənan Dünyamalıyev 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə mühakimə olunub. İttiham olunan şəxsə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Lakin bundan 5 il sonra S.Dünyamalıyev “Kral” şadlıq sarayının yaxınlığında baş verən “razborka” ilə gündəmə gəlib. O, həmin vaxt “Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə, Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “Kral” şadlıq sarayının qarşısına “razborka”ya çağırıb.

“Söhbət” zamanı Sənan Dünyamalıyev gəldikləri avtomobildən “Vinçester” tipli tüfəngi götürərək, havaya atəş açıb. Mübahisənin davamında isə Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib.

Törətdiyi cinayət əməlinə görə Sənan Dünyamalıyev 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır