Tereza Mey: “Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək”

Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciəti oxunub. Məlumata görə, Böyük Britaniya baş naziri müraciətində Azərbaycanı 6-cı dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün təbrik edib.

T. Mey qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun qurulması və fikir mübadiləsinin aparılması üçün yaxşı platformadır: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Böyük Britaniya və Azərbaycan güclü, məhsuldar əlaqələrə malikdir. Biz ilk diplomatik əlaqələri 1992-ci ildə qurmuşuq. Biz xüsusən enerji sahəsində geniş əməkdaşlıq edirik. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək. İnanıram ki, bu Forumda müzakirələr dünyada  İnklüziv cəmiyyətlərin yaradılmasına töhfə verəcək”.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır