Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda naməlum şəxslər məscid binasını yandırıblar.
“Report” “Berliner Zeitung” nəşrinə istinadən xəbər verir ki, məscidin əsas binası tamamilə yanıb.
Yerli polis hücumu siyasi mötivlərlə əlaqələndirilə biləcəyini bildirib.
Bundan əlavə, ən azı daha 2 məscidə hücum faktı qeydə alınıb.







