Balakəndə kişi 12 yaşlı qızı tək olanda zorlayıb

 

Balakən rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan şəxs məhkəmə qarşısına çıxarılıb.

lent.az bildirir ki, Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayaraq bəkarətini pozan və onun hamilə qalmasına səbəb olan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.

Bu arada məlum olub ki, atalığı tərəfindən zorlanan yeniyetmə qızın anası onun doğma atası ilə 7 il əvvəl ayrılıb. Bundan sonra uşağın anası Elçinlə tanış olub və dini kəbin kəsdirərək birgə yaşamağa başlayıblar. Bir müddət əvvəl isə onlar kafe icarəyə götürərək birgə işləməyə başlayıblar. 12 yaşlı qızın zorlanması hadisəsi də anası kafedə işdə olarkən baş verib. Evdə heç kimin olmamasından istifadə edən Elçin Şindiyev onu zorlayıb.

Bildirilir ki, C.Ş-nın 22-25 həftəlik hamilə olması o, bacısı və babası ilə birgə xəstəxanaya müraciət edərkən məlum olub. Qızın anası bildirib ki, övladının səhhətindəki problemdən şübhələndiyi üçün onu bacısı və babası ilə həkim müayinəsinə göndərib, işi olduğu üçün özü xəstəxanaya getməyib.

Qeyd edək ki, törətdiyi əməl sübuta yetirilərsə, Elçin Şindiyevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır