Əli Mirəliyev: “Aparıcı xanıma aşiq olsam da, arvadımdan ayrılmayacam”

“Yox e, zarafat edirdik, efirdə şou göstərirdik. Mən axı özüm bunu deməmişəm. Elgiz özü üçün deyib, şou göstərib də. Verilişimin adı da şoudur da. Elə bir şey yoxdur”.

Bu sözləri 68 yaşlı müğənni Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olması xəbərinə münasibət bildirərkən deyib.

“Yeni Müsavat”a danışan müğənni bununla belə aparıcıya aşiq olduğunu da etiraf edib: “Bəli, Rövşanə xanım mənim xoşuma gəlir, özü də neçə illərdir tanıyıraım, bir yerdəyik. Ona aşiq olmuşam… Rövşanə mənə deyil, Elgizə söz göndərib ki, “Belə zarafat etmək olar, hər şeyin öz tərzi var?!” Onu anlamaq olar da, subay qadındır. Mən Rövşanəyə dedim ki, əslində mənə olmaz belə şou, çünki evliyəm, sən isə subaysan, səni sevmək olar, amma məni yox. Qoy mən narazı qalım, etiraz edim. Lakin pensiyamı ona xərclədiyim isə doğru deyil”.

Müğənni aparıcıya aşiq olsa da, heç vaxt həyat yoldaşından ayrılmayacağını da açıqlayıb: “Mənim xanımımın qulaqları o qədər belə söhbətlərlə dolub ki. O bilir ki, mən heç vaxt ondan ayrılmayacam. Hər bir xanım öz yoldaşını yaxşı tanıyır”.

Xatırladaq ki, bu günlərdə aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində bildirmişdi ki, müğənni Əli Mirəliyev aparıcı Rövşanə Ağasəfqızına aşiq olub və bütün pensiyasını aparıcıya aldığı şirniyyatlara, güllərə xərcləyir. Əli Mirəliyevin aparıcıya sevgi etiraf etməsi cavabsız qalmayıb. Lent.az-a açıqlama verən R. Ağasəfqızı müğənninin sözlərinə bu cür münasibət bildirib:

“Bəzən insanlar yaşından, cəmiyyətdəki yerindən, mövqeyindən ciddi nəticə çıxarmayaraq yüngül mövqe ifadə edirlər. Biz isə bunun müqabilində etik normaları gözləyərək, təbəssümlə yola verməyə çalışırıq. Lakin unudurlar ki, normalar pozulanda bəzən sərt cavab vermək məcburiyyətində qala bilərik. Mən Əli Mirəliyevə yaşına görə sərt mövqe bildirmirəm. İnanıram ki, mənim bu yanaşmamdan nəticə çıxaracaq və bir daha qeyri-ciddi fikirlər səsləndirməyəcək”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır