“Los Angeles Times” qəzeti: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştat Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında məqalə dərc edilib. Qeyd edilməlidir ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən güclənməkdədir.

Məqalədə müəllif Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verərək, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, Xocalıda Ermənistan tərəfindən çoxlu sayda günahsız azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini, ümumilikdə Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığını qeyd edir. A.Masiel, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş, Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən dörd qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirir. O, həmçinin bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edildiyini vurğulayaraq diqqətə çatdırır ki, bu sənədlərdə işğalçı dövlət kimi tanınan Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlər törətməsi qeyd olunur.

Sonra A.Masiel bir neçə gün öncə Kaliforniya Ştat Senatında ölkəmizə Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında danışaraq, bu dinləmənin erməni lobbisi üçün gözlənilən nəticə vermədiyini qeyd edir. O, mövcud 40 Kaliforniya senatorundan yalnız ikisinin dinləməyə qatıldığını, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvlərinin dinləmədə iştirak edərək, müxtəlif suallarla çıxış etdiklərini, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliamların nə üçün Senat tərəfindən pislənilmədiyini soruşduqlarını və bu kimi suallarla dinləməni aparan senator Entoni Portantinonu məsələyə birtərəfli yanaşmaqda ittiham etdiklərini, senatorun isə bu suallardan hər vəchlə yayındığını bildirir.

Sonda müəllif Kaliforniya Senatının Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərkən, ədalət prinsipinə sadiq qalaraq, hər iki tərəfin fikirlərini dinləməyə borclu olduğunu vurğulayır.

Məqalə ilə bu linkdə tanış olmaq olar: http://www.hoylosangeles.com/opinion/hoyla-opinion-en-el-conflicto-armenio-azerbaiyano-el-senado-de-california-debe-escuchar-ambas-partes-20180302-story.html

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir