“Volkswagen Group Rus” şirkəti Rusiyada 5000-dən çox “Audi” markalı avtomobili geri çağırıb.
Qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, bu qüsur nadir hallarda qurğuların əriməsinə və yanmaya səbəb ola bilər.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.







