Norveçdə Nobel Sülh Mükafatına namizədlər irəli sürülüb

Norveçdə Nobel Sülh Mükafatına namizədlər irəli sürülüb.

AZƏRTAC Norveç Nobel İnstitutuna istinadla xəbər verir ki, 2018-ci il Nobel Sülh Mükafatına 329 namizəd irəli sürülüb. Namizədlərin sırasına 112 təşkilat və 217 fiziki şəxs daxildir.

Hər zaman olduğu kimi, Nobel İnstitutu namizədlərin adı və onların xidmətləri haqqında məlumat vermir. Ənənəyə görə, Nobel İnstitutunun seçmə üsulunu elan edən sənədlər 50 ildən az olmayan bir müddətin sonunda ictimaiyyətin müzakirəsinə verilir.

Qeyd edək ki, Nobel Sülh Mükafatı Oslodakı Nobel Komitəsi tərəfindən sülhün möhkəmləndirilməsi sahəsində göstərilən böyük xidmətlərə görə hər il fiziki şəxslərə və təşkilatlara verilən ən nüfuzlu mükafatdır.

Nobel mükafatının təsisçisi Alfred Nobelin vəsiyyətinə görə, beş nominasiya üzrə yaradılan mükafatın dördü Stokholmda verilir. Bu mükafatlar fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat sahələri, həmçinin 1969-cu ildə İsveç Bankının təşəbbüsü ilə Alfred Nobelin xatirəsinə təsis olunmuş və qeyri-rəsmi olaraq İqtisadiyyat üzrə Nobel Mükafatı adlanan iqtisad elmləri üzrə verilir.

Nobel Sülh Mükafatı isə Alfred Nobelin vəsiyyətinə uyğun olaraq dünyada sülhün bərqərar olmasında xidmətlərinə görə Norveçdə verilir.

Mükafatın laureatlarının adları oktyabr ayı ərzində keçirilən xüsusi tədbirlərdə açıqlanır. Laureatlara mükafatların təqdim olunması mərasimi isə bir qayda olaraq dekabrın 10-da – mükafatın təsisçisinin vəfatı günü Stokholm və Osloda keçirilir. 2017-ci ildə hər bir Nobel mükafatının məbləğı 9 milyon İsveç kronu (təqribən 1,1 milyon dollar) təşkil edib.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir