Xalqların Demokratik Partiyasının (HDP) iki deputatının mandatı ləğv edilib.
Türkiyə mətbuatı xəbər verir ki, qərar partiyanın Muş şəhərindən seçilmiş millət vəkili Əhməd Yıldırım və Şanlıurfadan seçilən deputatı İbrahim Ayhan haqqında verilib.
Ə.Yıldırım “Prezidentə təhqir”, İ.Ayhan isə “Terrorizm təbliğatı aparmaq” maddələri ilə məhkəmə tərəfindən cəzalandırılmışdı. Türkiyə Parlamenti bu cəzalara istinad edərək həmin deputatların mandatını da əllərindən alıb.







