“PA rəhbəri kürsüyə çıxdı və elan etdi ki…” – AMEA-nın prezidentindən maraqlı açıqlama

“Elmin hakimiyyətdən asılı olması çox kədərlidir”.

Bunu “Sputnik Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib.

Onun sözlərinə görə, alimlər azadlığı sevir və hökumət alimlərə mane olanda elm inkişaf etmir.

O, məhz Heydər Əliyev sayəsində Elmlər Akademiyasının dağılmadığını bildirib: “Elə vaxt olub ki, akademiklər ayda 30 dollar alıb. Kəndlərdəki qohumlarının köməyi ilə yaşayırdılar. Mən institut direktoru idim və maaşım 30 dollar idi. Elmi işçilər məndən də az alırdılar. Bizi “Əsrin müqaviləsi” xilas etdi, daha dəqiq desək, ikinci neft bumu”.

Akif Əlizadə müsahibəsində həmçinin AMEA rəhbərliyinə gözlənilmədən gətirildiyini bildirib:

“Akademiyanın prezidenti vəfat etmişdi. Onda yay idi. Mən evimdə təmirlə məşğul idim. Zəng gəldi. Xahiş etdilər ki, mütləq Rəyasət Heyətinin iclasına gəlim. Burada yeni prezident seçilməli idi. Gəldim. Həmkarlarımdan soruşdum ki, kimi bu vəzifəyə məsləhət görürlər? Mənə müxtəlif namizədlərin adı çəkildi. İclasın başlanmasına bir neçə dəqiqə qalırdı. Prezident Administrasiyasının rəhbəri, bir neçə məmurla gəldi. Bundan sonra Prezident Administrasiyasının rəhbəri kürsüyə çıxdı və elan etdi ki, ölkə rəhbərliyinin AMEA-nın prezidenti kimi məni görmək fikri var”.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir