Deputat Mirələmov: “Mənim oğlanlarım adam vura bilməzlər, onlar avtomobil idarə etmirlər” (FOTOLAR)

“Mənim oğlanlarım, ümumiyyətlə, avtomobil idarə etmirlər”.
Bu sözləri unikal.org-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov övladının qəza törətməsi xəbərinə münasibət bildirərkən deyib.
O, açıqlamasında bildirib ki, ailəsi və özü yayılan məlumatdan xəbərdardır və bu barədə hüquqi tədbir görülməsi üçün artıq vəkillə danışılıb:
“Övladımın qəza törətməsi ilə bağlı yayılan informasiya yalandır. Xəbəri yayan saytı bu gün məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam. Mənim övladlarım, ümumiyyətlə, avtomobil sürmürlər. Onlar elə yerdə çalışırlar ki, özlərinin sürücüləri var. Oğlanlarım uşaq deyil! Bizi istəməyən qüvvələr belə “informasiyalar” yaymaqla panika yaradır və məni provakasiyaya çəkmək istəyirlər”.
Xatıradaq ki, dünən Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub. Criminal.az xəbər verib ki, “Bakı” kinoteatrı yaxınlığında iki minik maşını toqquşub. Qəza nəticəsində bir qızın öldüyü bildirilir. Hadisə şahidləri iddia edir ki, qəzanı törədən şəxs deputat Hüseynbala Mirələmovun oğludur. Hadisədən qısa vaxt sonra maşının nömrəsi ilə birlikdə o başqa maşınla ərazidən uzaqlaşıb.
  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir