Ağlıma gəlməzdi ki, “Qızıl top” mükafatını 5 dəfə qazanacam – Ronaldo

“Karyeramdan çox razıyam. Ağlıma gəlməzdi ki, “Qızıl top” mükafatını 5 dəfə qazanacam”.

Bu sözlər “Real”ın futbolçusu Kriştianu Ronalduya məxsusdur.

Portuqaliya yığmasının kapitanı AS nəşrinə müsahibə verib. Karyerasını vərəqləyən 33 yaşlı hücumçu maraqlı fikirlər səsləndirib.

Əldə etdiyi uğurlardan bəhs edən Ronaldu bununla kifayətlənmək istəmədiyini bildirib: “Karyeramı indi bitirməli olsaydım, futbol həyatımda baş verənlərdən razı qalardım. Təbii ki, daha 1-2 dəfə “Qızıl top”u qazanmaq istərdim. Bunu bacarsam, daha çox məmnun olaram. Amma qazana bilməsəm belə, üzülməyəcəm. Çünki “Qızıl top”u artıq 5 dəfə əldə etmişəm. Lakin bu il də həmin uğuru təkrarlayacağıma ümidliyəm. Hər şey bizim nə qədər titul qazanacağımızdan asılıdı”.

Təcrübəli futbolçu karyerasında bütün istəklərinə çatdığını vurğulayıb: “Bu yola yeni başlayanda çox arzum var idi. Düzünü desəm, yerinə yetməyən arzum qalmayıb. Çünki xəyalını qurduğum hər şeyi əldə edib, bütün istəklərimə çatmışam”.

Ronaldu yayda Rusiyada keçiriləcək DÇ-2018 haqda da danışıb. O, mundialın favoriti qismində 4 yığmanın adını çəkib. Maraqlıdı ki, Kriştianu şərəfini qoruduğu Portuqaliya millisini həmin sırada görmür: “Biz dünya çempionatının favoritlərindən deyilik. Turnirdə daha adlı-sanlı rəqiblər də iştirak edəcək. Bunlar Braziliya, İspaniya, Almaniya və Argentinadı. Amma futbolda hər şey mümkündü. Qarşımıza qoyulan ilk tapşırıq qrupdan çıxmaqdı. Bunu bacardıqdan sonra davamına baxacağıq. Əsas məqsədimiz pley-off mərhələsinə yüksəlməkdi”.

Qeyd edək ki, Portuqaliya DÇ-2018-də İspaniya, İran və Mərakeş yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir