Gürcüstanda “Xocalıya ədalət” aksiyası keçirilib

Gürcüstanda fəaliyyət göstərən “Borçalı İrəli” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalıya ədalət” yürüş-aksiya keçirilib. “OLAYLAR” DIDK-yə istinadən xəbər verir ki, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan Dostlar Kulubunun və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə baş tutan aksiyanın iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Abxaziyaya və Osetiyaya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirib.

Xocalı soyqırımının tanıdılması və təbliği üçün “Borçalı İrəli” İctimai Birliyinin gürcü dilində çap etdirdiy bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov jurnalistlərə açıqlamasında bildirib ki, aksiyanın məqsədi əsrin ən dəhşətli və faciəli soyqırımı olan Xocalı qətliamını tanıtmaq və ona hüquqi qiymət verilməsinə nail olmaqdır, aksiya çərçivəsində paytaxt sakinlərinə, eləcə də qonaqlara Xocalı soyqırımı haqqında geniş və dolğun məlumat verildi.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır