Bakıda supermarketdə dava: işə polis qarışdı – “Hicablıların necə olduqlarını paylaşacaqdım…”

Bakıda fəaliyyət göstərən supermarketlərdən birində xoşagəlməz hadisə baş verib.

Dindar qadınla başqa bir xanım arasında gərginlik yaşanıb.

Bu barədə paytaxt sakini Rəhimə Hacıyeva başına gələnlər barədə məlumat verib.

O bildirib ki, ailəsi ilə birgə alış-veriş üçün supermarketlərdən birinə gediblər və orada xoşagəlməz hadisə yaşanıb:

“Yoldaşım çərəz satılan hissəyə keçdi. Mən də uşaq ağlamasın deyə, digər tərəfə keçib onun başını qatırdım. İçki qablarının görünüşləri maraqlı olduğundan uşağın diqqətini çəkdi və sakitləşdi. Avtomatik mən də bu butulkalara baxırdım ki, vaxt getsin. Birdən gözüm bir qadına sataşdı. Telefonu əlində elə tutub ki, guya nəyəsə baxır. Ancaq dəqiq bildim ki, içki butulkalarına baxan yerdə mənim şəklimi çəkir”.

Rəhimə Hacıyeva həmin qadına iradını bildirib və şəkilləri göstərməyi tələb edib. O isə bununla razılaşmayıb. R.Hacıyeva qadına söyləyib ki, onu polisə şikayət edəcək. Müştərilər arasında vəziyyət bir az gərginləşib və məsələyə polis əməkdaşı qarışıb. Asayiş keşikçisini isə market nəzarətçisi hadisə yerinə çağırıb.

Polis əməkdaşı qadına söyləyib ki, həqiqətən vətəndaşdan icazəsiz şəkil çəkibsə və bu hal təsdiqlənsə, ondan şikayət olunarsa, cinayət məsuliyyətinə cəlb ediləcək: “Yox əgər sizi ittiham edən qadının şübhəsi yanlış olarsa, siz ondan şikayətçi ola bilərsiz. Ancaq nə çəkdiyinizi göstərməlisiz.”

R.Hacıyeva qeyd edib ki, bu zaman həmin xanım telefonunda nə isə etməyə başladı: “Bu an yoldaşım telefonu onun əlindən aldı. Məlum oldu ki, mənim şəkillərimi çəkib. Qadın bir az da səsini qaldırsa da, onun artıq niyyəti bəlli olmuşdu. Ona sadəcə bir şərtlə şikayətçi olmayacağımı dedim. Əgər etiraf etsə ki, niyə şəkillərimi çəkib. Qadın bir az tərəddüdlə etiraf etdi ki, sosial şəbəkələrdə hicablıların əslində necə biri olduqlarını və içkilərə necə həsrətlə baxdıqlarını yazıb paylaşacaqdım”.

Rəhimə Hacıyeva bütün bunlardan sonra şəkillərin telefondan silindiyini qeyd edib.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır