Xocalı qətliamının ilk şahidi Leonid Kraveç təltif olundu – Foto

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov təşkilatın fəxri üzvü, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçi “Cavad Xan” Ordeni ilə təltif edib. UABD-dən Azadinform-a daxil olan məlumata görə, Kraveç Leonid Markoviç Azərbaycan naminə fəaliyyətində fərqləndiyi üçün təltif olunub.

Qiymətli metaldan hazırlanmış “Cavad Xan” Ordeni 1, 2 və 3-cü dərəcəlidir. Orden yaşadığı ölkədən və milliyyətindən asılı olmayaraq Azərbaycan naminə fəaliyyətində fərqlənən insanlara təqdim olunur.  Hazırda Leonid Kraveç Ukraynada olmadığından ordenin təqdim etmə mərasimi martın əvvəllərinə planlaşdırılıb.

Xatırladaq ki, Xocalı qətliamının ilk şahidi Kraveç Leonid Markoviç UABD sədri Hikmət Cavadovun təşəbbüsü ilə Bakıda olub, Heydər Əliyev Mərkəzində filmin təqdimatında iştirak edib. Filmin həmçinin Moskvada və Kiyevdə böyük auditoriya qarşısında nümayiş etdirilib. Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Cəhənnəmi görmüş pilot” filmində Leonid Kravets hadisələri gördüyü kimi nəql edir, lazım olacağı təqdirdə beynəlxalq məhkəmələrdə şahid kimi çıxış edəcəyini bildirir.

Film UABD tərəfindən Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.

2016-cı ildə Prezident  İlham Əliyev Markoviçin xidmətlərini yüksək qiymətləndirərək onu “Tərəqqi” medalı ilə təltif edib.

Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır