Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutacaq. Apasport.az saytının məlumatına görə, mərhələnin ən maraqlı görüşlərindən biri də bu gün oynanılacaq.

Günün ən önəmli və həyəcanlı qarşılaşması Londonda keçiriləcək. “Barselona” “Çelsi”yə qonaq olacaq. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoriti olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olar. Hazırda Premyer Liqada yaxşı günlərini yaşamayan, amma Avrokuboklarda hər zaman mövcud formasının üzərində çıxış edən “zadəganlar”ın yaxşı formada olan “Barselona” qarşısında nə edəcəyi maraqla gözlənilir. Antonio Konte bu oyunda braziliyalı müdafiəçi David Luizin xidmətindən yararlana bilməyəcək. Timo Bokoyakonun taleyinə isə matç saatında aydınlıq gələcək. “Barselona”da isə Nelson Semedo sarı vərəqə cəzalısı olduğu üçün meydanda çıxmayacaq.

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla izləniləcək. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi “Beşiktaş” möcüzə axtarışına çıxacaq. “Qara qartallar” Münhendə “Bavariya” ilə üz-üzə gələcəklər. Cütün favoriti şübhəsiz ki, almanlardı, amma Şenol Günəşin komandası da səfərə turist kimi yollanmayıb. Türklər imkansızı bacarmaq üçün ikiqat əzmlə çıxış edəcəklər.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

 

20 fevral

23:45. “Bavariya” – “Beşiktaş”

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

 

“Alyans Arena”, Münhen

23:45. “Çelsi” – “Barselona”

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Stemford Bric”, London

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır