ABŞ-ın təklifinin PƏRDƏARXASI – Türkiyəyə qarşı xain plan ORTAYA ÇIXDI

Ankarada hökumət mənbələri son aylarda ABŞ-ın yeni bir planı haqqında danışmağa başlayıblar.  PKK-nın ləğv edilərək PYD-nin çətiri altına daxil edilməsi planlaşdırılır. Plan ABŞ və Avropa İttifaqı ölkələrini “PKK terror təşkilatı ilə əməkdaşlıq edən tərəf” olmaqdan xilas etmək məqsədi daşıyır. Hökumətdə yer alan nazirlərdən birinin sözlərinə görə, ortamüddətli perspektivdə PKK-nın ləğvi müzakirə edilir.

“Bu, ABŞ və Avropa ölkələrinin yeni bir layihəsidir. Suriyada PYD və YPG-ni gücləndirilmək, bu təşkilatlara demokratik bir struktur görüntüsü vermək və onlar üçün geniş meydan açmaqla PKK adından xilas olmaq layihənin əsas hədəfidir. Adı dəyişəcək, amma funksiyalarını bu iki strukturun içində davam etdirəcəklər. Beləliklə, Türkiyənin etirazlarının azaldılması və diqqətlərin başqa səmtə çevrilməsi təmin ediləcək”, – o deyib.

Qeyd edilir ki, keçmişdə Şimali İraqda peşmərgələrlə bağlı həyata keçirilən plan Suriya sərhədində kürdləri yerləşdirmək üçün həyata keçirilir. Nazir qeyd edib ki, bu plan dövlət və hökumət səviyyəsində qiymətləndirilir. Üç gün əvvəl ABŞ-ın Türkiyəyə etdiyi “YPG-nin PKK-ya qarşı döyüşdürmək” təklifi (təklifi ABŞ-ın dövlət katibi Reks Tillerson Ankara səfəri zamanı səsləndirmişdi -red.) də hökumətdə bənzər planın bir parçası kimi xarakterizə edilir. “Hürriyyət”

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır