Politoloq: “Beynəlxalq aləm Suriya probleminin əlində aciz qalıb”

“Münhen Təhlükəsizlik Konfransı işə başladı. Dünya iqtisadiyyatı üçün Davos İqtisadi Forumu nədirsə, dünya təhlükəsizliyinin bütün aspektlərinin müzakirə müstəvisi baxımından Münhen Konfransı da odur”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, konfransa hər il olduğu kimi, onlarla dövlət başçısı, baş nazir, müdafi naziri, deputat və ekspertlər qatılıblar: “Konfransda əvəlcədən razılaşdırılan çıxışlar olur, ancaq toplantının əsas əhəmiyyəti həyata keçirilən minlərlə qeyri-rəsmi müzakirələrdədir. Məhz bu müzakirələrdə ortaq nöqtələr tapılmağa çalışılır.

Buna baxmayaraq, dünya o qədər qarışıb və təhlükələr o qədər artıb ki, bir konfransla bunları yoluna qoymaq mümkün deyil. Elə təkcə Suriya nümunəsini göstərmək kifayətdir. Bu dövlət faktiki poliqona çevrilib, burada daha kimlər yoxdur – DAİŞ, “Əl Nusra”, PYD, YPG və onlarla başqa terrorçu təşkilatlar, ABŞ, Rusiya, İran və Türkiyə hərbçiləri də oradadır, İsraillə “Hezbollah” arasındakı toqquşmalar da tədricən bu əraziyə inikas olunub. Bir sözlə, beynəlxalq aləm Suriya adlı problemin əlində aciz qalıb”

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir