Erməni publisistin İlham Əliyev haqda yazısı qalmaqal yaratdı

Ermənistanın populyar saytlarından olan “Blognews” saytı erməni publisist Armen Hovanesyanın Feysbuk səhifəsindən Azərbaycan prezidenti İlham Əliyev haqqında paylaşdığı yazıda erməni həmkarlarına etdiyi müraciəti dərc edib.

Müraciətdə Ermənistan rəhbərliyinə xitabən deyilir ki, İlham Əliyevə istehza ilə rəsmi və siyasi şərhlər səviyyəsində söylədiklərinizi, onun başladığı layihələrə inamsız münasibətlərinizi yəqin ki, xatırlayırsınız: “Axır ki, sizin fikirləşdiyinizin əksinə olaraq 1768 km-lik Bakı-Tbilisi-Ceyhan neft kəməri başa çatdı. 900 km-lik Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi. Bu günlərdə Rusiyadan Astara ilə İrana ilk eksperiment qatarı yola düşdü. Hələ bu yol Orta Asiya ilə, Çinlə, şimaldan isə Avropa ilə birləşəcək. Biz isə 556 km-lik Meğri-Bavra avtomobil yolunu neçə illərdir ki, düzəldib başa çatdıra bilmirik.

Düşünürsünüz ki, demoqrafik  təsvirləriniz çiçəklənməkdədir? Bəs bunun üçün əsasınız varmı? Ermənistanda 2016-cı ildə 40638 uşaq dünyaya gəlib. 2017-ci ildə isə bu rəqəm azalaraq 37698 olub. Praqnozlara istinadən 2025-ci ildə Ermənistanda ölənlərin sayı doğulanların sayından çox olacaq. Qarabağda doğulanların sayı daha acınacaqlıdır, ildə 1500-ü keçmir.

Azərbaycanın göstəriciləri ilə tənbəllik etmədən özünüz tanış olun və Ermənistanla müqayisə edin. Sonra isə, xəyal etdiyiniz yeni Kür-Araz sərhədlərinin xəttini çəkin. Sonsuz təxəyyül sahibləri qoy bu sərhədləri Aralıq, Qara və Xəzər dənizlərinəinə qədər çatdırsınlar”.

Qeyd edək ki, saytda artıq Azərbaycan vətəndaşları üçün şərh yazmağa qadağa qoyulub. Armen Hovanesyanın FB səhifəsində isə onun yazısını bəyənənlərin sayı 200-dən artıqdır. Yazını paylaşanlar 47 nəfər, şərhlərində müsbət rəylərini bildirənlərin sayı isə 30  nəfərdir.(qafqazinfo)

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır