“BakuBus” avtobusundan oğurluq edildi

Bir qurup şəxs əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıb.

“BakuBus” MMC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə 28 May m/s-dan Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusun Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib. Üzlərinin kameraya düşməməsi üçün gedişhaqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.
Həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən bütün hüquqi prasedurlar həyata keçirilməkdədir.
Videogörüntüdən göründüyü kimi sərnişinlərin təhlükəzisliyi və baş verə biləcək hər hansı fövqəladə hadisələr zamanı onların təxliyyə edilməsi üçün nəzərdə tutulmuş qəza çəkicinin oğurlanması zamanı içəridə olan və hadisəni müşahidə edən heç bir sərnişin müdaxilə etmir, hətta bunnunla bağlı sürücüyə məlumat belə vermirlər. Yalnız hadisə baş verdikdən, oğrular ərazini tərk edtdikdən sonra bir xanım sərnişin sürücünü məlumatlandırır. Avtobusda olan bütün sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan qəza çəkicinin elə onların gözü önündə açıq aşkar şəkildə oğurlanmasına heç bir sərnişinin müdaxilə etməməsi çox acınacaqlı və təəssüf doğuran haldır.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir