Bağça və körpələr evlərinin işçiləri tibbi müayinədən keçiriləcək

Tibbi müayinədən imtina edən, ağıreşidən və xəstə işçilər məktəbəqədər təhsil müəssisələrinə buraxılmayacaq 

Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Məlumata görə, Qaydaya əsasən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər. Bu Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar. Təhsilverənlər dövri müayinələrdən işəgötürənin göndərişi əsasında keçirlər. Dövri müayinələr bu Qaydaya əsasən həkim komissiyası tərəfindən həyata keçirilir.

Dövri tibbi müayinələr aşağıdakı məqsədlər üçün həyata keçirilir:

– təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi;

– xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması;

– işçinin sağlamlıq vəziyyətinə görə əmək fəaliyyətini davam etdirə bilməməsinin müəyyən edilməsi;

– işçilərin sağlamlığının qorunması və bərpası məqsədi ilə vaxtında profilaktik və reabilitasiya tədbirlərinin həyata keçirilməsi;

– infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması;

– təhsilalanların sağlamlığının qorunması.

Dövri tibbi müayinənin sonunda həkim komissiyası tərəfindən şəxsin sağlamlığı barədə müvafiq tibbi rəy tərtib edilir. Tibbi rəy iki nüsxədə tərtib olunur. Bir nüsxəsi dövri tibbi müayinəni keçən şəxsin iş yerinə rəsmi qaydada göndərilir, ikinci nüsxəsi isə ambulator xəstənin tibbi kartına əlavə olunur, həmçinin “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir. Dövri tibbi müayinələr şəxsin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsində aparılır. Dövri tibbi müayinələr tibb müəssisəsində yaradılmış həkim komissiyası tərəfindən həyata keçirilir.

Təhsilverənlər üçün tibbi müayinələr aparan komissiyanın tərkibinə aşağıdakı həkimlər daxil edilir:

– terapevt;

– otorinolarinqoloq;

– narkoloq;

– infeksionist;

– psixiatr;

– dermatoveneroloq.

Təhsilverənlər aşağıdakı dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər:

– ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası;

– qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə);

– nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı);

– süzənək testi;

– bağırsaq infeksiyaları ilə bağlı  bakteriya gəzdiriciliyinə görə müayinə.

Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

– tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;

– tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;

– tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;

– helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;

– kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;

– kəskin virus infeksiyaları;

– kəskin bakterial infeksiyalar;

– bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;

– ruhi xəstəliklər;

– narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);

– ağıreşitmə.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır