“Mənə şantaj xarakterli zənglər edilirdi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal”  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkənkər ifadə verib.

Sərdar Əhmədov deyib ki, təqsirləndirilən şəxsləri tanımır: “Bərdə Suvarma Sistemləri İdarəsində işləyirdim, Hikmət telefonla zəng edib dedi ki, qəzetin çapı üçün pul kömək edim. Mən də imkan olmadığını dedim, sonra şantaj xarakterli zənglər gəlməyə başladı. Hikmətdən əvvəl bir dəfə də Surxay zəng etmişdi. O, min manat istəyirdi, dedi sənlə bağlı qəzetə məlumat daxil olub, pul versən yazını çap etmərik. Dedi kimsə bizim idarədən şikayət edib. Sonra Hikmət ard-arda zəng etdi, mən də işçim vasitəsilə poçtla ona 100 manat göndərdim. Onlar mənə hədə-qorxu gəlməyiblər,  indi də şikayətim yoxdu. Mətbuatdan çox adam zəng edirdi, əksəriyyəti də pul istəyirdi”.

Müşfiq Hüseynov deyib ki, Yasamal rayonunda tağım komandiri işləyib: “Mənə Hikmət zəng etdi, görüşmək istəyirdi. İşçim Turaldan Hikmətin kimliyini soruşdum, dedi özüm həll edərəm. Hikmətgil mənlə bağlı çəkiliş etmişdilər. Bir neçə gün sonra “Olaylar” qəzetində mənim haqda yazı çıxdı. Özüm həll etmək istədum, Surxayla görüşdüm. Orada Surxay diski qırdı ki, bu söhbət bağlansın”.

Hakim bildirib ki, prosesin bu hissəsində ailə sirri olduğu üçün qapalı keçirilir. Buna görə də digər şəxslər zaldan çıxarılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır