Türkiyəli yazardan Şah İsmayıl Xətaiyə hücum: “Anasını edam etdirib…”

Türkiyə mətbuatında tarixçi-yazar Latif Salihoğlunun Səfəvi hökümdarı Şah İsmayıl Xətai ilə bağlı qalmaqallı məqaləsi dərc olunub. Virtualaz.org xəbər verir ki, yeniasya.com saytında dərc olunan məqalədə 1514-cü ilin avqustunda Osmanlı İmperiyası ilə Səfəvilər arasında baş tutan “Çaldıran” döyüşündə məğlub olan sərkərdəni İran şahı, qurduğu Azərbaycan dövlətini isə İran dövləti adlandırıb. Müəllif məqaləsində bir qədər də irəli gedərək Səfəvi hökmdarını “ana qatili” adlandırıb.

“Avşar türklərindən olan Şah İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətini yıxaraq Səfəvi dövlətini qurub, İran, Azərbaycan, İraq və Anadolunu hakimiyyəti altına almışdı. Şah İsmayıl İranda hakimiyyətə gələr-gəlməz şiəliyi dövlətin rəsmi dini elan etmişdi. Əsasən siyasətə gəlməzdən öncə və iqtidar taxtında oturmazdan əvvəl kifayət qədər mülayim olan şair Şah İsmayıl iqtidara keçdikdən sonra birdən-birə dəyişdi, zülmkarlıqda sərhəd tanımaz hala gəldi. Məsələn, məğlub etdiyi özbək hökmdarının kəlləsindən (Şiban xan nəzərdə tutulur – red.) qədəh düzəltdirərək şərab içdi. Sünni olan anası Aləmşahbəyimi gözünü qırpmadan edam etdirib”, – deyə müəllif iddia edir.

L. Salihoğlu həmçinin Şah İsmayıl Xətainin “ana qatili” olmasını həmin dövrdə verilmiş “fərman”la əsaslandırır. O, qeyd edir ki, həmin tükürpədici fərman 1501-ci ildə sentyabrın 17-də verilib. Tarixçi həmçinin iddia edir ki, Şah İsmayıl sadəcə anasını və özbək əsilli dayılarını öldürməyib, həm də sünni təriqətinə mənsub olan türk və kürdlərin də kütləvi şəkildə zəhərlənmələrinə, qətliamlarına fərman verib.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır