Hansı bürcün qadını daha güclüdür? –  XARAKTERİSTİKA

 

Bəzisi gücü və nəzarəti sevir, bəziləri yaradıcılığı və ya xəyalpərəstliyi ilə tanınır. Bürclərin qadınlar üzərində fərqli təsirləri ola bilir. Bəs siz bürcünüzün hansı xüsusiyyətlərə malik olduğunu bilirsiniz?

QOÇ

Qoç qadınları güclü və idarəedən qadınlardır. Onlar sahib olduqları gücün çox cazibədar olduğunun fərqindədirlər. Qoç qadınları hərəkətlərinin nəticəsini bilir və başqalarına da güc verirlər. Hər zaman örnək göstərilən, amma əsəbiləşdiyi zaman dünyanı yıxa biləcək gücdədirlər.

BUĞA

Buğa qadınları iradə və xarakter gücünə sahibdir. Baş gicəlləndirən və ehtiraslandıran  xüsusiyyətləri ilə adətən cəsarətlidirlər. Düşüncələrini və sevdiklərini müdafiə edirlər. Təbiətlə maraqlanır və ehtiyacı olan insanlara kömək etmək üçün qarşılıqsız hərəkət edirlər. Buğa qadınları sevdiyi zaman dünya onlara heyran olur.

ƏKİZLƏR

Əkizlər bürcündən olan qadınlar dünyanın ən yaradıcı və düşünən şəxsləridir. Onların zehinləri fikirlərlə aşıb-daşır. Xəyal gücləri istedadları ilə bərabərləşir. Əsla kimsəyə hakim olmazlar, ancaq zəif olduqları üçün deyil, öz güclərini bildikləri üçün diqqətli davranırlar.

XƏRÇƏNG

Xərçəng qadınları düşüncələrində istəkli və şiddətlidir. Həmçinin çox comərd olan xərçənglər sirr saxlamağı çox yaxşı bacarırlar. Onlar üçün sədaqətdən daha əhəmiyyətli bir şey yoxdur. Bir xərçəng qadınının ağlında nə olduğunu əsla təxmin edə bilməzsiniz.

ŞİR

Şir qadınları xəyalpərəstdir. Yüksək təhrikedici tərəfləri ilə məqsədlərinə çatana qədər əsla durmazlar. Özləri ilə birlikdə başqalarını da müvəffəqiyyətə doğru aparırlar.

QIZ

Qız bürcündən olan qadınlar seçimlər arasında ən doğru olanını tapa bilirlər. Yararlı, sevimli, zərif ürəkli və mələk ruhuna sahib qızlar inciyə, zərər görə və özlərini itirə bilərlər. Amma nə olursa olsun, hər zaman geri dönməyi bacarırlar.

TƏRƏZİ

Tərəzi qadınları təbiəti etibarı ilə zarafatcıldır. Yüksək zəka səviyyəsinə sahibdirlər. Hər zaman həyat və duyğuları arasında balans yaratmağa çalışırlar. Adətən yaşamlarında tam olaraq nə istədiklərini bilməzlər.

ƏQRƏB

Əqrəb qadınları kəskin, diqqətli və hər zaman kim olduqlarını biləndirlər. Dürüstlük onlar üçün çox vacibdir. Əqrəb qadınları sevərsə, həqiqətən sevər. Yalan söyləməkdənsə qarşısındakını incitməyi seçirlər. Əqrəb qadınları kim olduqlarını anlaya biləcək özəl birini həyatlarına daxil edərlər.

OXATAN

Oxatan qadınları duyğusal və çox həssasdırlar. Həm öz, həm də qarşılarındakı insanın duyğularını dərin şəkildə yaşayırlar. Öz düşüncələrini qəddarcasına qoruyarkən, həqiqi duyğularını yalnız bir neçə şəxsin görməsinə izn verirlər. Hər kəs onların düşüncəsini dərinliyinə kimi anlaya bilməz. Oxatan qadınları düşüncələrini özlərinə saxlamağı seçirlər.

OĞLAQ

Oğlaq bürcündən olan qadınlar təbiətən müstəqil düşüncəli şəxslərdir. Həyatdan nə istədiklərini, güclü və zəif yönlərini çox yaxşı bilirlər. Başqalarına ilham qaynağı olan daxili gözəlliyə sahibdirlər. Danışdıqları zaman ruhən danışırlar.

DOLÇA

Dolça qadınları döyüşçü və xəyalpərəst insanlardır. İnadkar, rəhmsiz və olduqca iddialı xüsusiyyətləri bəzi zamanlarda onların xeyrinə işləyir.

BALIQ

Balıq qadınları sevgi, həqiqət və comərdlik bulağıdır. Onlar sevgidən başqa heç nə düşünmürlər. Həssas və duyğusal olduqları halda duyğularını adətən özlərinə saxlayırlar. Ağlayarlar, amma əsla incidiklərini bildirməzlər.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir