Ermənistanın prezidenti yenə Sərkisyan olacaq

 

“Ermənistanın yeni prezidentinin də soyadı Sərkisyan olacaq. Artıq Serj Sərkisyan bu postu tutmaq üçün ideal saydığı adamın kimliyini açıqlayıb. O, Ermənistanın Böyük Britaniyadakı səfiri Aram Sərkisyandır”.

MediaZona xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev deyib ki, ancaq Ermənistanda təkcə dövlət başçısının soyadı dəyişməmiş qalımır, elə o özü də dəyişməyəcək: “Yəni Serj Sərkisyanın əsl xələfi Aram Sərkisyan yox, elə Serj Sərkisyandır. Xələfinin Sərkisyan soyadı daşıması bəlkə elə həm də buna eyhamdır. Bununla onu bildirim ki, bu Aram Sərkisyan çox qorxaq adamdır. Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir kimi çalışıb. Ancaq o zaman Ermənistanın müdafiə naziri Vazgen Sərkisyan ona azca xox gələn kimi vəzifəsini qoyub getmişdi”. Sahib Alıyev deyir ki,   Sərkisyan Aramı məhz bu qorxaqlığına, onunla hakimiyyət davasına çıxmayacağına görə prezident kürsüsünə əyləşdirmək istəyir: “Özü isə çox güman ki, baş nazir olacaq. Və artıq prezident yox, baş nazir adı altında forpostbaşlığını davam etdirəcək.

Bu, az ağılabatandır, amma mümkündür ki, Sərkisyan heç baş nazir də olmasın, parlamentə spikerlik etsin. Ancaq bütün hallarda parlamentdəki səs çoxluğunu əlində saxlayan partiyanın lideri kimi o, de-yure də olmasa, de-fakto forpostbaşılığında qalacaq. Yəni bir daha vurğulayıram ki, bu adamın xələfi elə özüdür”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır