Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək.
Bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir.
Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb.
Qeyd edək ki, hazırda Myanmada 30 minə yaxın rohincanın qəbul olunması üçün düşərgə tikilir.







