Trend-in məlumatına görə, bu barədə “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi – 2018” reytinqində qeyd olunub.
Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb.
Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir.
Reytinqdə sonuncu yerdə 24 ölkəyə vizasız səfər etmək imkanı olan Əfqanıstan qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər. Ötən ilin reytinqində Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.







