Uşaqlarınıza ayaqqabı alarkən bunlara DİQQƏT EDİN – FRANSIZ PEDİATRDAN XƏBƏRDARLIQ

Bu gün şəhərimizin uşaq mağazalarında satılan keyfiyyətli ayaqqabıların çoxu ortopedik funksiya daşıyır. Övladının sağlam inkişafını hərşeydən üstün tutan valideynlər isə körpəsinin ilk addımlarında bu tip ayaqqabılara üstünlük verir. Bəs uşaqlara ortopedik ayaqqabı geyindirmək nə dərəcədə doğrudur? Ümumiyyətlə, buna ehtiyac varmı? Balacalarımıza ayaqqabı alarkən nələrə önəm verməliyik?

Publika.az saytı bütün bu sualların cavabını fransiz pediartı Alombik İvlə bütün bu sualların cavabını araşdıracaq.

Cənab İv uşaq ayaqqabılarının düzgün seçimi haqda tövsiyələrini bizimlə bölüşüb.

Alombik İv: Uşaqlara həkim məsləhəti olmadan ortopedik ayaqqabı almağı ilk dəfə sizdən eşidib, təəccübləndim. Ümumiyyətlə, bu, böyük səhvdir. Sağlam uşaqlara ortopedik ayaqqabı geyindirmək qadağandır. Sizə elə gəlir ki, o, balacanın addımlarını tənzimləyir. Əslində isə oynaqların təbii hərəkətinə və ayaq sümüklərinin böyüməsinə mane olur və nəticədə, uşağın pəncəsinin strukturu dəyişir.

Bütün orqanların sinirləri isə ayağın altında yerləşir. Pəncənin yanlış inkişafı bütün vücuda mənfi təsir edir. Mağazalarda ortopedik ayaqqabı adı ilə baha qiymətə satılan ayaqqabıların isə səhiyyə ilə əlaqəsi yoxdur. Çünki uşağınızın ayağında yaranan qüsuru təyin edib ona uyğun xüsusi ayaqqabı tikilməlidir. Bu isə çox vaxt boğazlı çəkmələr olur ki, uşaq onu geyinərkən bir müddət ciddi əziyyət çəkir.

Azyazlı uşaqlarımıza ayaqqabı seçimi edərkən nələrə önəm verməliyik?

Alembik İv: Bəzən valideynlər düşünür ki, uşaq gəzməyə başlayan kimi ona qalın materialdan olan uzunboğaz çəkmə geyindirmək lazımdır ki, tez-tez yıxılmasın. Bu, çox yanlış fikirdir. Övladlarınızın ilkin yaş dövründə alınan çəkmələrini birinci əlinizlə əyin. Onun daban hissəsi elastik olmalı, rahat əyilib-açılmalıdır. Çalışın 1 və ya yarım ölçü böyük ayaqqabı alın. Bundan əlavə seçim edərkən təbii dəri material üzərində dayanın. Hər mövsümdə bir neçə ayaqqabı almaq yerinə birini, lakin keyfiyyətlisini alın. Çalışın, bir övladınızın ayaqqabısını digərinə geyindirməyin. Çünki uşaq addımları, duruşu ilə ayaqqabını özünə uyğun formalaşdırır. Digər azyaşlı artıq istifadə edilmiş çəkmələri geyinən zaman ayaq forması artıq strukturu dəyişilmiş ayaqqabıya görə təhrif oluna bilər. Bu zaman o digər uşağın ayağındakı qüsurları təkrarlaya bilər.

Əziz valideynlər, ümid edirik ki, bu tövsiyələr balacalarınıza ayaqqabı seçimi edərkən işinizə yarayacaq.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır