Azərbaycanlı milyarderlər “Olimpiyskiy” idman kompleksini aldılar

Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyev meydanı” şirkəti “Olimpiyskiy” idman komplekslərini alıb.
GoldNews.Az xəbər verir ki, indiyədək idman kompleksi Rusiyanın ən zəngin insanlarından biri olan Musa Bajayevin “Alyans” şirkətinə məxsus olub.
Rusiyanın ən iri idman komplekslərindən birinin alqı-satqısına dair əqd bu ay reallaşdırılıb. “Kiyev meydanı” əqdin dəyərini açıqlamır. Yalnız o məlumdur ki, idman kompleksinin yeni sahibləri layihəyə 300-400 mln. dollar yatırmaq niyyətindədirlər.
“Olimpiyskiy” idman kompleksi 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib.
Moskva merinin müavini Aleksandr Qorbenko bildirib ki, hazırda “Olimpiyskiy” idman kompleksinə daxil olan obyektlər köhnəlib və müvafiq tələblərə cavab vermir: “İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan obyektə investisiya yatıracaq investor lazım idi”.
İdman kompleksi 2019-cu ildə rekonstruksiyaya bağlanacaq və yenidənqurma işləri iki il davam edəcək. Bundan başqa, kompleksin ərazisi 213 min kvadratmetrdən 300 min kvadratmetrədək genişləndiriləcək.
“Olimpiyskiy” idman kompleksinin yenidən qurulması ilə Polşanın “APA Wojciechowski” şirkəti məşğul olacaq. apa.az

 

“Forbes” jurnalının versiyasına əsasən, Z.İliyev Rusiyanın 34-cü, Q.Nosanov isə 36-cı ən zəngin adamıdır. Onların hər ikisinin sərvəti 3,1 mlrd. dollar təşkil edir.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır