Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi…

Böyük Vətən Müharibəsi zamanı, 1943-cü il sentyabrın 26-da öldürülən azərbaycanlı əsgər, yefreytor İbiş Mirzəyevin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində tapılıb.

GoldNews.Az bildirir ki, Mirzəyev 1907-ci ildə Azərbaycan SSR-in Laçın rayonunda anadan olub. Döyüşçülərin axtarışı ilə Sovet İttifaqı qəhrəmanı P.D.Xrenov adına birlik məşğul olub. Onun tərkibinə “Patriot”, “Çeka” və “Sapşo” kimi dəstələr daxildir.

2017-ci ildə aparılan axtarışlar nəticəsində Smolensk vilayəti ərazisində itkin düşmüş 26 cəsur döyüşçünün qalıqları tapılıb. Arxiv materiallarının tədqiqi nəticəsində bu adamların adlarını bərpa etmək mümkün olub. Bu günlərdə məlum olub ki, Mirzəyevlə yanaşı Rusiyanın Başqırdıstan, Saratov, Tula, Voronej vilayətlərinin, eləcə də Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistandan olan əsgərlərin də qalıqları tapılıb.

Axtarış aparanlar, indiyə qədər haqlarında heç nə məlum olmayan döyüşçülərin qohumlarını tapılması istiqamətində yorulmadan çalışırlar. Döyüşçülərin cəsədləri bu gün artıq öldükləri yerdə deyil, “Xatirə düzənliyi”ndə dəfn olunub. Onların yenidən dəfn olunması mərasimi 21 sentyabr 2017-ci ildə RF Smolensk vilayətinin Demidov rayonunda keçirilib.

Qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsi həyatından qırmızı xətlə keçən minlərlə insanın taleyi, eləcə də onların dəfn olunduğu yer qaranlıq qalır.

Rusiya prezidenti Vladimir Putin həlak olmuş döyüşçülərin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra göstəriş və fərmanlara imza atıb. Buna müvafiq olaraq, Rusiya Müdafiə Nazirliyi  2007-ci ildə “Memorial” Ümumiləşdirilmiş Məlumatlar Bankı yaradıb. Bankda Böyük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə həlak olmuş və itkin düşmüş döyüşçülər barədə məlumatlar toplanıb.

Bu gün hər birimizin imkanı var ki, bu layihə sayəsində müharibədə ölən doğma və yaxınlarımız barədə məlumat əldə edək və onların dəfn olunduğu yeri müəyyənləşdirək.

“Memorial”da 17 milyon insanın arxiv sənədləri, həmçinin 45 mindən artıq dəfn olunmuş döyüşçünün pasportu toplanıb. Hazırda istənilən şəxs real sənədlərlə tanış ola və adamların axtarışını həyata keçirə bilər.

“Memorial” Ümumiləşdirilmiş Məlumat Bankına bənzəyən məlumat bankı dünyanın heç yerində yoxdur.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır