Bu şirkətin noutbuklarında klaviatura casusu aşkar edilib

“HP Inc.” şirkətinin kompüterlərində yenidən casus funksionallığı aşkar edilib. Bu barədə informasiya təhlükəsizliyi üzrə müstəqil mütəxəssis Maykl Minq məlumat verib.

Mütəxəssis “SynTP.sys” adlı faylda keyloqerin mövcudluğunu aşkar edib. Kod klaviatura düyməsinə toxunuşlar haqda məlumatları yadda saxlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, keyloqer – bu, klaviaturanın klavişlərinə bütün toxunuşları qeydə alan proqramdır. Bu proqram, həmçinin parolları da qeydə alır. Bütün bu informasiya sərt diskdə jurnal faylına qeyd edilir və yazılır.

Bu funksionallıq “HP” noutbuklarında başlanğıc ayar kimi aktiv deyil. Lakin onun aktivləşdirilməsi sadə əməliyyat (Windows-un sistem reyestrinə iki açar daxil etmək) tələb edir və hakerlər zərərverici proqram təminatının köməyi ilə bunu məsafədən edə bilərlər. Sözügedən boşluq klaviaturanın düymələrinə istifadəçi toxunuşlarını izləməyə və fərdi məlumatları oğurlamağa imkan verir.

“HP Inc.” şirkətindən bildirilib ki, bu funksiya drayveri sazlamaq üçün hazırlanmışdı və son versiyada unudularaq saxlanılıb. Şirkət üzr istəyib və bu boşluğu aradan qaldıran proqram yeniləməsi çıxarmağa hazırlaşır.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir