Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir

Ərəb Dövlətləri Liqası Şurası Qahirədə XİN başçıları səviyyəsində keçirilən iclasının yekununda Fələstin dövlətinin 1967-ci il 4 iyun sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla beynəlxalq tanınmasına çağırıb.

Xarici KİV-lər xəbər verir ki, bununla yanaşı, ərəb ölkələri BMT Təhlükəsizlik Şurasından ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına baxmasını xahiş etmək niyyətindədir. Ağ ev administrasiyasından isə bu qərarın ləğv olunması tələb edilib.

Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşlarından olan Ər-Riyad da Vaşinqtonun Qüdsə dair qərarına yenidən baxmasını istəyir. Bunu Ərəb Dövlətləri Liqası Şurasının iclasında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. O, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görülməsi üçün Dövlət Departamentinə tapşırıq verib.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir