Azərbaycan gömrükçüləri GPS elektron kilidlərinin istismarı ilə bağlı İsrail təcrübəsini öyrənir

Dövlət Gömrük Komitəsi GPS elektron kilidlərinin daha səmərəli istismarı ilə bağlı İsrail təcrübəsini öyrənir.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov və həmin idarənin rəis müavini Razim Zamanov Tel-Əvivə səfərdə olublar.

İsrailə səfərin məqsədi bu ölkədə GPS – elektron nəzarət və izləmə sisteminin iş prinsipləri ilə tanışlıq, eləcə də GPS elektron kilidlərinin yeni modelləri ilə bağlı danışıqlar aparmaq olub.

Azərbaycan Respublikasının gömrük ərazisində 2013-cü ilin oktyabrından GPS elektron kilidlərindən istifadə olunur. Yük daşıyan nəqliyyat vasitələrinin yük yerləri Dövlət Gömrük Komitəsinin mobil gömrük bölmələri tərəfindən GPS elektron kilidləri ilə bağlanır. Məqsəd iki gömrük orqanı arasında malların daşınmasının, həmçinin nəqliyyat vasitələrinin hərəkətinin müəyyən olunmuş marşrut üzrə və müddət ərzində başa çatdırılmasına nəzarət etməkdir. Bununla, eyni zamanda, təhlükəsizlik təmin edilir və hüquqpozma hallarının qarşısı alınır.

Səfər zamanı Azərbaycan təmsilçiləri “Beniş GPS” şirkətinin rəhbərliyi və mütəxəssisləri ilə görüşdə GPS elektron kilidlərinin daha səmərəli istismarı və istismar müddətində yaranan problemlərin həlli ilə bağlı təkliflər verib və müzakirələr aparıb.

İsrail Gömrük Xidmətinin rəhbəri Avi Arditi ilə görüşdə iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən və perspektivlərdən bəhs edilib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin önəmi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir