“Tarqovı”da şok görüntülər: Sahibinin əlindən çıxan it körpə uşağı parçaladı +18 VİDEO

Xüsusilə şəhərin mərkəzində parklarda it gəzdirən vətəndaşlar çox vaxt təhlükəsizlik qaydalarına riayət etmirlər və itləri buruntaqsız gəzdirirlər. Elə indi təqdim edəcəyimiz görünütlərdə də buruntqasız bir uşağa hücum etdiyini görəcəksiniz. Qaydalara əməl etməyərək buruntqsız it gəzdirən şəxsləri hansı cəza gözləyir? Ümumiyyətlə cərimə olunmamaq üçün hansı qaydalara əməl etmək lazımdır? Mütəxəsisslərin tövsiyylərini eşidək.

Bakının mərkəzində it, sahibinin əlindən çıxaraq təxminən 6-7 yaşında olan uşağa hücum edir. Ətrafda olanlar isə uşağı çətinliklə itin ağzından xilas edə bilirlər..

Hadisə bir neçə gün əvvəl paytaxtın Nizami küçəsində baş verib. İt, sahibinin yanında olsa da, qəfil uşağa hücum edərək ona xəsarət yetirir. Yaxınlıqda olan insanların köməkliyi ilə uşağı itin ağzından zorla qurtarmaq mümkün olub.

Baş verən bu hadisə xüsusilə də insanların sıx olduğu küçə və prospektlərdə, həmçinin parklarda ev heyvanları gəzdirən şəxslərin təhlükəsizlik qaydalarına əməl etmədiyini gündəmə gətirir.

Bakı şəhər Baytarlıq İdarəsinin aparıcı həkimi Pərviz Hacıyev deyir ki, istər balaca, istərsə də böyük itləri gəzdirərkən mütləq həmin heyvanlara buruntaq taxmaq lazımdır.

Bəs buruntaqsız və ya qadağan olunan yerlərdə iti gəzdiməyə görə sahibini hansı cəza gözləyir? Qurum rəsmisi deyir ki, belə halda əvvəlcə polis həmin şəxsi saxlayaraq protokol yazır. Sonra isə həmin protokol Bakı şəhər Baytarlıq İdarəsinə göndərilir və araşdırma aparılır.

Əgər it dişləməsi səbəbindən vətəndaş xəsarət alarsa, o zaman itin sahibi 1000-2000 manat miqdarında cərimələnə, 360 saatdan 480 saata qədər içtimai işlərə, həmçinin 1 ilədək islah işlərinə cəlb edilə və 6 ayadək müddətə azadlıqdan məhrum edilə bilərlər.

 

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır