Həyat yoldaşı və 4 qızını öldürən Fərhada qardaşları da kömək edib – ŞOK İDDİA

Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Həyat yoldaşı və 4 qızını öldürüb zirzəmidə basdıran Mehmanın cinayət əməli ilə bağlı yeni iddialar ortaya atılıb.

Dəhşətli qətlin üstünün açıldığı “Xəzər” telekanalında Xoşqədəmin təqdimatında yayımlanan verilişə ilk açıqlama Səmədova Təranə Rəşid qızı – Mehparənin (qətlə yetirilən ana) bibisi qızından gəlib:

“Mən onda şübhələndim ki, Mehparə həmişə bizə gəlib, gedirdi. Onun ərinin xasiyyəti pis olduğuna görə, biz onlara getmirdik. Mehparə özü həmişə bizimlə əlaqə saxlayırdı. Qəfildən o bizə gəlmədi artıq. Əmisi oğlanları öldü, gəlmədi. Dedik görən ona nə oldu?! Qohumlardan biri Fərhadı rayonda gördü, soruşub ki, “Hanı bəs, Mehparə, uşaqlar yoxdur?” Fərhad cavabında “Mehparə qızlarla Bakıya gedib, elə yerdə işləyir ki, sizə heç kim gəlməyəcək, getməyəcək. Nə də heç kimlə telefonla əlaqə saxlamayassan” cavabını verib. Mən də qohum onu deyəndən sonra şübhələndim. Qardaşına dedim ki, get polisə müraciət et. Bacının başında nəsə var. Bizə zəng olundu. Deyildi ki, flan restoranda dava olub. Fərhadla Fəqanı tutub, bölməyə aparıblar. Fərhad fadəsində “Öldürmüşəm! Bir arvadımı, 4 qızımı evin padvalında basdırmışam”

Bacısı Dürdanə bu gün canlı yayımda studiyada olub. Xoşqədəm “Dürdanə hələ ilk dəfə efirə gələndə ilk sözü “Biz Fərhaddan şübhələnirdik” olub.

Mehparənin qardaşı Elman telefonla canlı efirə qoşulub:

“Qardaşları qonşusudur. Necə olur ki, 5 nəfəri öldürəsən, qardaşları qapı-qonşusudur, yanbayan. Mənə elə gəlir ki, onların xəbərləri olub. Gizlədiblər hammısı. Biri deyirdi Dubaya gedib, biri deyirdi Türkiyəyə gedib. Mən “pasportol”da yoxlatmışdım. Oradan sərhədi keçmədiklərini demişdilər. Mən onlara arada başçəkirdim. Fərhad fəhləlik edirdi. Biraz pul qazanıb, gəlib ayrıca otururdu. Konservayla arağı qoyurdu qabağına. Uşaqları acından öldürdü orada”.

Xoşqədəm Elmanın sözünü yarıda kəsib:”Mən düşünürəm ki, bu adam 5 nəfəri təkbaşına öldürə bilməz. Bu mümkün deyil! Oğlu Fəqan ana-bacısına qarşı necə idi?” sualı ilə ona müraciət edib.

Elmanın cavabını təqdim edirik:

“O tək öldürə bilməzdi. Ata-bala əlbir olublar. Bəlkə də onlara kömək edənlər də olub. Əmilərinin də bəlkə əlləri olub bu qətldə”.

  • Oxşar xəbərlər

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    ABŞ-da tutulan erməni Bakıya deportasiya ediləcək

    ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) Los-Ancelesdə Azərbaycan pasportu daşıyan şəxsi saxlayıb. Saxlanılan şəxs Rafael Vladimiroviç Sarkisyan müxtəlif vaxtlarda bir sıra cinayətlərə görə məhkum olunub. O, heyvanlara qarşı qəddarlıq və qadağan olunmuş maddələrin…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır