Rəcəb Tayyib Ərdoğan: “Ey Tramp, sən nə etmək istəyirsən?”

“Qüdsün İsrailin paytaxtı kimi tanımaq bu bölgəni atəşin içinə atmaqdır”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh edərkən deyib.

“Qüds müsəlmanların, xristianların və qismən də musəvilərin ibadətgahı kimi qəbul edilib. Məscid-i Aksa müsəlmanların ilk qibləsidir. Belə bir addım bu bölgəni atəş içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?” – Türkiyə prezidenti Yunanıstan səfəri öncəsi Esenboğa hava limanında bildirib.

Türkiyə lideri ABŞ prezidentinin Qüds bəyanatı ilə BMT Təhlükəsizlik Şurasının 1980-ci il tarixli qətnaməsini heçə saydığını vurğulayıb: “ABŞ və İsraildən başqa, dünyanın heç bir ölkəsi BMT Təhlükəsizlik Şurasının 1980-ci il tarixli qətnaməsindən kənar addım atmayıb. İndi isə bunu yenidən gündəmə gətirməklə Trampın nə etmək istədiyini anlamaq mümkün deyil. Nə etmək istəyirsiniz? Siyasi liderlər qarışıqlıq yaratmaq üçün deyil, barışdırmaq üçün lazımdır”. Ərdoğan Roma Papası Fransisklə mövzunu müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, Tramp dekabrın 6-da verdiyi bəyanatında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını ifadə edib. Habertürk

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır